Krımda hərbi fəallıq artır - Rus ordusunun növbəti hədəfi vuruldu

Krımda hərbi fəallıq artır - Rus ordusunun növbəti hədəfi vuruldu<span class="qirmizi"></span>

 

Rusiyanın işğalı altında olan Ukraynanın Krım yarımadasının Qvardiysk rayonundakı hərbi aviabazanın üzərində qara tüstü görülür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat verib.

Yerli sakinlərin sözlərinə görə, aviabazanın ərazisində bir neçə partlayış səsi eşidilib.

Hərbi hava bazasında dronla hücum edildiyi ehtimal olunur. Hazırda bu yöndə araşdırma aparılır.

Avqustun 9-da Krımın Novofedorivka ərazisində silsilə partlayış baş verib, ardınca Saki aerodromunda yanğın başlayıb. Partlayışlar nəticəsində ən azı 9 təyyarə məhv edilib, aerodrom sıradan çıxıb.

Bu gün səhər saatlarında isə Krım Tatar Məclisinin sədri Refat Çubarov yarımadanın Cankoy rayonundakı sursat anbarında baş verən partlayışla bağlı məlumat verib. Hadisə nəticəsində Rusiya ordusunun hərbi hissəsində yanğının baş verdiyi bildirilib.

Mənbə: teleqraf.com