Jurnalist YOXA ÇIXDI

Jurnalist  YOXA ÇIXDI<span class="qirmizi"></span>

Moskvada jurnalist yoxa çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Moskovski Komsomolets” qəzetinin müxbiri Lev Speranski bu gün işə gəlməyib.

Onun mobil telefonu söndürülüb, özündən isə xəbər yoxdur. Məlumata görə, bu gün səhər jurnalistin yaşadığı evə gedən polis işçiləri içəri daxil olmaq istəsə də, nail ola bilməyib.

Lev Speranski öz araşdırmaları ilə tanınır.

Son anda yayılan məlumata görə, jurnalist Lev Speranskini polis saxlayıb. O, istintaqa cəlb edilib.

Onun və həyat yoldaşının mobil telefonları əllərindən alınıb.

Mənbə: lent.az