Astarada iki “Niva” toqquşub, xəsarət alanlar var

Astarada iki “Niva” toqquşub, xəsarət alanlar var<span class="qirmizi"></span>

Astara rayonunda iki minik maşını toqquşub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza rayonun Təxtənəkəran-Toradi yolunun Əzərud kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Asğankəran kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Şirməmməd oğlu Nurəliyevin idarə etdiyi 99-RU-056 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə qarşıdan gələn, Motlayataq kənd sakini, 1954-cü il təvəllüdlü Böyükağa Salman oğlu Əliyevin idarə etdiyi eyni markalı, 07- BJ-968​ dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə Böyükağa Əliyevin idarə etdiyi avtomobil aşıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran

Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws