Şabrandakı yanğınlarla əlaqədar 5 nəfər xəstəxanaya müraciət edib

Şabrandakı yanğınlarla əlaqədar 5 nəfər xəstəxanaya müraciət edib<span class="qirmizi"></span>

 

Şabran, 16 avqust, Elxan Yusifli, AZƏRTAC

Şabran rayonunda iki gündür davam edən yanğınlarla bağlı 5 nəfər xəstəxanaya müraciət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərdən ikisi yanıq xəsarətləri alıb. Daha üç nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Yanğından zərər çəkən sakinlər ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Mənbə: azertag.az