Rusiyada dəmir yolu xətti partladıldı – Şok olay

 

Rusiyanın Kursk vilayətində dəmir yolu xətti partladılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Partlayışdan sonra əraziyə polis və ixtisaslaşmış mütəxəssislər cəlb olunub. Məlum olub ki, naməlum şəxslər relslərin altına təxminən 200 qram ağırlığında partlayıcı qurğu yerləşdiriblər. Bu, xətti sıradan çıxarmağa bəs edib.

2014-cü ildən bu marşrut üzrə sərnişin qatarları hərəkət etməsə də, yük qatarları üçün istifadə olunur.

Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları ətraf kəndlərin sakinlərini dindiriblər, amma heç kim şübhəli heç nə görməyib.

Partlayışla bağlı şahid tapmaq mümkün olmayıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Qəbələdə DƏHŞƏT: "Tufandağ" kanat yolunda güclü YANĞIN - Helikopterlər cəlb edildi / VİDEO

SONRAKI XƏBƏR

Ukraynalı partizanlar Rusiyada silsilə terror aktları törətdi