Rusiyada nənə və iki nəvəsi yanaraq öldü

Rusiyada nənə və iki nəvəsi yanaraq öldü<span class="qirmizi"></span>

Rusiyanın Yaroslavl vilayətinin Mişnevo kəndində üç nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Yaroslavl vilayəti üzrə istintaq idarəsi məlumat yayıb. Qeyd olunub ki, evdə baş verən yanğında 73 yaşlı qadın və onun 12 və 9 yaşlı nəvələri dünyasını dəyişib.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi açılıb. Hadisəyə səbəb elektrik naqillərində qısaqapanma göstərilir.



 

Mənbə: azvision.az