İranda meymun çiçəyinə ilk yoluxma qeydə alınıb

İranda meymun çiçəyinə ilk yoluxma qeydə alınıb<span class="qirmizi"></span>

İranda ilk meymun çiçəyinə yoluxma faktı qeydə alınıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, İranın Səhiyyə Nazirliyi İranda ilk dəfə qadında meymun çiçəyinə yoluxma faktının aşkar edildiyini açıqlayıb.

İran Səhiyyə Nazirliyi meymun çiçəyi xəstəliyinin çox ölümcül olmadığını və xəstəliyin 34 yaşlı xəstənin dəri zədələrinin müşahidəsi ilə müəyyən edildiyini açıqlayıb.

Məlumata görə, Əhvaz şəhərində yaşayan xəstə dərhal karantinə alınıb. Son analizlər təsdiqləndikdən sonra o, ev şəraitində müalicə olunur.

Mənbə: olke.az