Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Goranboyda yol qəzası olub, xəsarət alanlar var<span class="qirmizi"></span>

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Nissan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws