Keçmiş polis dələduzluqda ittiham olunur

Keçmiş polis dələduzluqda ittiham olunur<span class="qirmizi"></span>

Sabiq polis əməkdaşı dələduzluqla vətəndaşların pulunu mənimsəyib.

Hazırda cinayət işinin məhkəmə istintaqı Suraxanı rayon məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə aparılır.

Publika.az-a daxil olan məlumata görə, dələduzluqda ittiham olunan şəxs Bakı şəhər sakini Əliyev Natiq Zahid oğludur. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Əliyev Natiq Zahid oğlu əvvəllər Suraxanı rayon və Bakı şəhər Dövlət Yol Polis şöbələrinin əməkdaşı olub. Çalışdığı ərazilərdən bir çox vətəndaşların Daxili İşlər Nazirliyinə ünvanladıqları şikayətlərə görə o, daxili işlər oranlarından xaric olunub.

Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən açılan cinayət işinə görə Əliyev Natiq Zahid oğlu bir neçə paytaxt sakinini müxtəlif yollarla aldadarq onların külli miqdarda pulunu mənimsəyib.

 

Cinayət işinin məhkəmə istintaqı davam edir.

Füzuli Həsənli

Mənbə: publika.az