Toyda faciə: yeniyetmə oğlan hovuzda boğularaq öldü

Toyda faciə: yeniyetmə oğlan hovuzda boğularaq öldü<span class="qirmizi"></span>

Türkiyədə 14 yaşlı britaniyalı oğlan toy mərasimi keçirilən zaman otelin hovuzunda boğularaq ölüb.

Milli.Az bildirir ki, bu barədə "The Sun" yazır.

Nəşrin məlumatına görə, hadisə bazar günü, avqustun 14-də baş verib. Oğlan xalası ilə hovuzda üzərkən qəfildən boğulmağa başlayıb. Yaxınlıqda olan barmen qonağa kömək etməyə çalışıb.

Təcili yardım gələnə qədər yeniyetmə yerindəcə keçinib. Qeyd olunur ki, hadisə zamanı xilasedici iş yerində olmayıb, o, naharda olub. Eyni zamanda, yaşayış məntəqəsinin nümayəndələri əmin edirlər ki, ikinci xilasedici hovuzda təhlükəsizliyə nəzarət edib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az