Ermənistan FHN: “Surmalu”da 4 tona yaxın alışan maddə olub

Ermənistan FHN: “Surmalu”da 4 tona yaxın alışan maddə olub<span class="qirmizi"></span>

 

İrəvanın “Surmalu” ticarət mərkəzinin ərazisinin 50-60 faizi artıq təmizlənib və partlayıcı tapılmayıb. Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxyan deyib.

O bildirib ki, ilkin hesablamalara görə, partlayışdan əvvəl binada 4 ton alışan material olub.

Nazir bildirib ki, indiyədək 16 nəfərin cəsədi çıxarılıb, 1 nəfərin kimliyi məlum deyil. Dağıntılar altında qalanların cəsədlərini çıxarmaq üçün ağır texnika işləyəcək.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az