Tvitterdən istifadə edən qadın 34 il həbs cəzası aldı

Səudiyyə Ərəbistanı məhkəməsi Salma əl-Şahab adlı qadını Tvitterdən istifadə etdiyi üçün 34 il müddətinə azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, məhkəmə əvvəlcə iki uşaq anası olan 34 yaşlı Salma əl-Şahabı ictimai rəyi və milli təhlükəsizliyi pozaraq internet saytından istifadə etdiyinə görə üç il həbs cəzasına məhkum edib. Amma Ali Məhkəmə prokurorun məhkəmədən digər iddia edilən cinayətlərə də baxılmasını tələb etdikdən sonra hökmü 34 il müddətinə qədər uzadıb. Bildirilib ki, qadının Tvitter səhifəsində COVİD-19-la bağlı neqativ tvitləri, uşaqlarının fotoları, xaricdə yaşayan səudiyyəli müxaliflərin krallıqdakı siyasi dustaqların azad edilməsi ilə bağlı tvitlərinin retvitləri ortaya çıxıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Rusiya Nikol və ətrafının davranışına görə çox gərgindir” - Qabrelyanov

SONRAKI XƏBƏR

Ansi Aqolli: "Qarabağ" pley-offa çıxmaqla öz gücünü sübut edib"