Bu ölkədə 157 uşaq qızılca xəstəliyindən ÖLDÜ

Zimbabvedə dini inanclarına görə peyvənd olunmayan 157 uşaq qızılca epidemiyasından dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Zimbabve hətta koronavirus hadisələrinin yüksək olduğu dövrdə də uşaqları qızılcaya qarşı peyvənd etməyə davam edib, lakin peyvəndlərə qarşı təbliğat aparan dini qruplar tərəfindən peyvəndlər əngəllənib.

Səhiyyə Nazirliyindən verilən açıqlamada, o, koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra yenidən başlayan kilsə yığıncaqlarının qızılca xəstəliyinin daha əvvəl təsirlənməmiş bölgələrə yayılmasına səbəb olduğu barədə məlumat paylaşıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Günvurma zamanı nələrə diqqət yetirməliyik? – Həkimdən MƏSLƏHƏTLƏR

SONRAKI XƏBƏR

Pandemiya sonlanır? - İNFEKSİONİST AÇIQLADI