Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyin rəhbərinə başsağlığı verib

Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyin rəhbərinə başsağlığı verib<span class="qirmizi"></span>

Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə gedərək nümayəndəliyin rəhbəri Milica Buriclə görüşüb.

Nazirlikdən Xeberoxu.Az-a verilən xəbərə görə, nazir Monteneqroda 10 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar Milica Buricə dərin hüznlə başsağlığı verib.

Nazir nümayəndəlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Monteneqronun Çetinye şəhərində naməlum şəxsin ətrafdakı insanlara atəş açması nəticəsində 11 nəfər ölüb, daha altı nəfər yaralanıb. Bildirilib ki, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib və yaralıların yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb. Atəş açan şəxs polis tərəfindən öldürülüb.

Mənbə: www.xeberoxu.az