FHN polkovniki Zaur Mirzəyevi hansı cəza gözləyir?

FHN polkovniki Zaur Mirzəyevi hansı cəza gözləyir?<span class="qirmizi"></span>

“Törədilmiş əməllər işin faktiki hallarından asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tövsif edilə bilər. Belə ki, həmin görüntülərin Zaur Mirzəyev tərəfindən bilavasitə çəkildiyi və bu görüntülərin çəkilməsi nəticəsində qadınlardan hədə qorxu ilə hər hansı əmlak tələb edilmişsə, bu halda törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq əməldə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan 3 ildən 5 ilədədək, 182.2-ci maddəsində nəzərdə tutulan 5 ildən 10 ilədək və ya 182.3-cü maddədə nəzərdə tutulan 13 ildən 17 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər”.

Bunu Pravda.az-a açıqlamasında hüquqşünas Seymur Yusifli görüntüləri yayılan FHN polkovniki Zaur Mirzəyevlə bağlı danışarkən deyib.

“Şəxsin əməlində aparılacaq istintaqın gedişi zamanı Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə mühakimə edilə bilər”, - deyə S.Yusifli əlavə edib.

Leyla Yusubova

Mənbə: pravda.az