Xarkovda matəm elan olundu

Xarkovda matəm elan olundu<span class="qirmizi"></span>

Bu gün Xarkovda həlak olanlar üçün matəm elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov öz “Teleqram”ında bildirib.

"Əziz xarkovlular! Bu gün Xarkovda matəm günüdür. Avqustun 17-də axşam və 18-də səhər saatları Xarkov üçün müharibə başlayandan bəri ən çətin günlərdən birinə çevrildi. İnsanlar ölüb, çoxlu sayda yaralı var, o cümlədən uşaqlar”.

Avqustun 17-də rusiyalı işğalçıların Xarkov şəhərinin Saltovski rayonunda üçmərtəbəli yaşayış binasını atəşə tutması nəticəsində son məlumatlara görə, dağıntılar altında qalan 7 nəfər ölüb, 17 nəfər (o cümlədən 11 uşaq) yaralanıb.

Bundan əlavə, avqustun 18-də səhər saat 4:30 radələrində Rusiyanın Belqorod şəhərindən Xarkov istiqamətində daha 8 raket atıılıb.

Raket zərbələri Xarkovun Xolodnoqorski və Saltovski rayonlarında qeydə alınıb.

Binalara, infrastruktur obyektlərinə ziyan dəyib, yanğınlar baş verib.

Xüsusilə, Slobodski rayonunda raketlərdən biri 4 mərtəbəli yataqxanaya düşüb. Bina qismən dağılıb. İki nəfərin öldüyü, ikisi uşaq olmaqla 18 nəfərin yaralandığı bildirilir.

Həmidə Rasimqızı

Mənbə: redaktor.az