Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO

“Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.

***

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Avropanı aclıq, soyuq və ölümə məhkum edəcək - Dumanın spikeri

SONRAKI XƏBƏR

Qonşusunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib