Ukrayna PUA-larla Kurska zərbələr endirdi

Ukrayna PUA-larla Kurska zərbələr endirdi<span class="qirmizi"></span>

Kursk vilayətinə pilotsuz təyyarələr hücum edib, nəticədə bir nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, ilk hücum avqustun 18-də səhər saat 8 radələrində Belovski rayonundakı Kuçerov fermasının yaxınlığında baş verib:

“Daha sonra üç pilotsuz təyyarə üç bomba atıb, nəticədə bir sərhədçi yaralanıb. Bir neçə saatdan sonra pilotsuz təyyarələrin növbəti hücumu olub və 4 avtomobilə ziyan dəyib”.

Mənbə: axar.az