Şabran və Qubadakı dəhşətli yanğında heyvanlar da tələf olur - 10 kənd alovlar içində - FOTOlar

Milli.Az Şabran və Qubanın kəndlərini əhatə edən meşə yanğının bu günə olan son vəziyyətinin xülasəsini təqdim edir:

- Meşə yanğını zamanı başlıca olaraq Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər dəyib və 1 ev təmamilə yanıb kül olub. Xeyli ev heyvanı isə tələf olub. Təxminən əlavə olaraq 10 kəndin əkin sahələri alovlar içində qalıb.

- Yanğın hələ də davam edir. Bəzi yerlərdə yanğın lokallaşdırılıb, ancaq bəzi hissələrdə əvvəlcədən söndürülmüş meşəlik ərazilər yenidən alovlanıb. Hazırda Şabranın Çayqışlaq kəndindən Dağ Bilici kəndi istiqamətinə 2 hissədə yanğın yayılmaqda davam edir.

Həmçinin, Qalaaltı kəndinin cənub qərb hissəsində və Çayqışlaq kəndindən şimal istiqamətə yanğının davam etdiyi bildirilir.

Ümumilikdə, 1000 hektardan artıq ərazi yanıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rus ordusu 400-dən artıq canlı qüvvəsini itirərək geri çəkildi

SONRAKI XƏBƏR

İslamiadanın ikiqat qalibi: "Sıradan idmançı olmadığımı göstərmək istəyirdim"