Bakıda dirəyə çırpılan "Hyundai" yandı

Bakıda  dirəyə çırpılan  "Hyundai" yandı<span class="qirmizi"></span>

Bakıda qəza törədən avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Mənbə: lent.az