Ağdamda FACİƏ: hovuza yıxılıb öldü

Ağdamda FACİƏ:  hovuza yıxılıb öldü<span class="qirmizi"></span>

Ağdamda bədbəxt hadisə baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi "Dostluq" adlı kafenin həyətində olan su hovuzuna yıxılıb. O, kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, xilas etmək mümkün olmayıb.

Mənbə: lent.az