30 yaşlı kişi bıçaqlandı, vəziyyəti...

30 yaşlı kişi bıçaqlandı, vəziyyəti...<span class="qirmizi"></span>

Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.

Mənbə: lent.az