Ermənistanda etiraz -sürücüləri Qoris-Sisian yolunu bağladı - VİDEO

Ermənistanda etiraz -sürücüləri Qoris-Sisian yolunu bağladı - VİDEO<span class="qirmizi"></span>

Ermənistanda yük maşını sürücüləri etiraz əlaməti olaraq yenidən Qoris-Sisian yolunu bağlayıblar.

"Unikal" xəbər verir ki, sürücülər bir neçə gün əvvəl yolun bu hissəsində quraşdırılan tərəzilərdən narazıdırlar.

Belə ki, avtomobillərin yükü müəyyən edilmiş ölçüdən artıq olarsa, o zaman sürücülər cərimələnir. Sürücülər icazə verilən maksimum çəkinin 26 tondan 28 tona dəyişdirilməsini tələb edirlər.

Xatırladaq ki, Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi mayın 17-də bildirmişdi ki, nəqliyyat vasitələrinin icazə verilən maksimum çəkisi və ya avtomobilin oxuna icazə verilən yük dəyişib.

Mənbə: www.unikal.org