Kilsədə ibadət zamanı izdiham - 8 nəfər öldü

Nigeriyada kilsədə ibadət zamanı izdiham yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Laqos Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Direktoru Benjamin Hundeyin məlumat verib.

O, qeyd edib ki, hadisə nəticəsində ilkin məlumata görə 8 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

KİV: Putin BAEA nümayəndələrinin Ukrayna vasitəsilə Zaporojye AES-ə gəlməsinə razılıq verib

SONRAKI XƏBƏR

Britaniya xarici işlər naziri G20 sammitində Putini “söhbətə çağırmaq” istəyir