Ermənistanda əsgərlər üçün nəzərdə tutulan pullar mənimsənilib, həbs edilən var

Ermənistanda əsgərlər üçün nəzərdə tutulan pulları vətəndaşlardan dələduzluq yolu ilə alan 32 yaşlı şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, həmin şəxs 2020-ci il avqustun 1-dən 2021-ci il sentyabrın 4-dək olan müddətdə bir sıra vətəndaşlarla əlaqə saxlayıb. O, özünü jurnalist, müxtəlif şöbələrin əməkdaşı kimi təqdim edib.

Həmin şəxs telefon danışıqları zamanı özü barədə məlumatları gizlədib. Nəticədə bütün dövr ərzində hərbi hissələrdə xidmət edən əsgərlər üçün nəzərdə tutulmuş təxminən 11 milyon dram (təxminən 27 min ABŞ dolları) əldə edib.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin dələduzluq, çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kursk vilayətinə PUA-lar hücum ediblər - Beş bomba tullayıblar

SONRAKI XƏBƏR

BMT baş katibi Moldovaya planlaşdırılmamış səfər edib