Ermənistanda silahlı şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir

Ermənistanda silahlı şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir<span class="qirmizi"></span>

Ermənistanın təhlükəsizlik qüvvələri Masis bələdiyyəsinin binasına soxulmuş silahlı şəxsin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirir.

“Report” Ermənistan mətbuatına isitnadən xəbər verir ki, bu barədə bələdiyyə rəhbərinin müavini Norayr Akopyan bildirib.

O qeyd edib ki, həmin şəxsi zərərsizləşdirmək hələ mümkün olmayıb, silahlı şəxs hazırda icma binasındadır.

"Hadisə baş verən zaman binada mühafizəçi və bir xadimə olub, onlar hazırda bizimlədir, təhlükə yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, binanın yanında bir partlayış və iki güllə səsi eşidilib”, - Norayr Akopyan deyib.

Qeyd edək ki, Ararat vilayətində bir saatdan çoxdur ki, fövqəladə vəziyyət yaranıb. Partlayıcı qurğu ilə silahlanmış şəxs Masis bələdiyyəsinə daxil olaraq onu partlatmaqla hədələyib.

Mənbə: azpolitika.info