Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO

Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb -

Artıq üç gündür ki, Şimal-Qərb bölgəsinsinə daxil olan rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Bu günlər bölgədə havanın temperaturu 13-15 dərəcədən 4-6 dərəcəyə kimi aşağı düşüb. Axşamlar isə bölgənin dağlıq ərazilərində mənfi 5-7 dərəcə şaxta müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gündən başlayaraq Qaxın ucqar yaşayış məntəqələrindən olan Sarıbaşa və İlisuya da qar yağıb.

İlkin məlumatlara əsasən Sarıbaşda qarın qalınlığı 8-10 sm, İlisuda isə 5-7 sm arasında dəyişir.

Bölgənin bəzi ərazilərində isə hava soyuq və küləklə müşahidə olunur.

Havaların qeyri-sabit keçməsinə, qar yağmasına baxmayaraq kəndlərdə hələlik heç bir neqativ hal yaşanmayıb. Rabitə, elektrik təchizatı və qazın verilməsi öz axarında davam edir.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Mənbə: bizim.media