Donetskdə 7 dinc sakin öldürülüb

Donetskdə 7 dinc sakin öldürülüb<span class="qirmizi"></span>

Son sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətində 7 dinc sakini qətlə yetiriblər. AzVision.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb. "Rusiya dinc insanları qətlə yetirir! Avqustun 19-da Donbassda 7 dinc sakini öldürdülər. Baxmutda 4, Drujba, Konstantinovka və Severnıda 1 nəfər ölüb. Daha 13 nəfər isə yaralanıb", - o Telegramda yazıb.

Kirilenko onu da qeyd edib ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.

Tural Tağıyev
 

 

Mənbə: azvision.az