Sumqayıtda avtomobil gənc oğlanı vuraraq boynunu sındırıb

Sumqayıtda avtomobil gənc oğlanı vuraraq boynunu sındırıb<span class="qirmizi"></span>

Sumqayıt şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mədətov Mədət Elman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: olke.az