Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi - Video

Surqut hava limanında gömrükçülər 50 kq kəklikotu müsadirə ediblər.

Rusiya KİV-ə istinadən xəbər verilir ki, gömrükçülər və polis bunun narkotik vasitə olmasından şübhələniblər. Bakıdan Yuqraya kəlikotu aparan 3 azərbaycanlının rus dilini bilməməsi vəziyyəti çətinləşdirib. Böyük miqdarda marixuana ələ keçirilməsi ilə bağlı akt tərtib olunub. Lakin daha sonra aydınlaşıb ki, azərbaycanlılar ədviyyatı Nijnevartovskdakı kafelərdən birinə aparırmışlar. Lakin həmin şəxslər məhsulu kommersiya növü kimi qeyd etməyiblər.

Bundan başqa, Azərbaycan vətəndaşlarının məhsulları üçün fitosanitar sertifikatları olmayıb.

Surqut gömrük postunun əməkdaşları malları müsadirə ediblər. Qanunu pozanları mallarının müsadirəsi ilə yanaşı cərimə gözləyir.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

SEPAH-dan etirazlarla bağlı məhkəməyə çağırış

SONRAKI XƏBƏR

Riçard Almeyda cəzalı duruma düşüb