Qazaxda 3 məktəblini ildırım vurdu - biri öldü

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bayden-Harris tandeminin qorxulu mesajı – ABŞ ermənilərə qaz verir

SONRAKI XƏBƏR

Çin Moskva və Kiyevi şərt olmadan dialoqu bərpa etməyə çağırıb