Türkiyədə sel ciddi fəsadlar yaratdı

Türkiyədə kəskin istiləri güclü yağışlar əvəz etməyə başlayıb. Leysan nəticəsində yaranan sel və daşqınlar yaşayış məskənlərinə və təsərrüfata ciddi ziyan vurub.

Axar.az xəbər verir ki, Bartın, Osmaniyə, Ərdahan, Kayseri və digər vilayətlərdə küçə və meydanları sel suları basıb. Bir sıra yerlərdə nəqliyyatın hərəkəti çətinləşib. Onlarla avtomobil su altında qalıb. Təbii fəlakət bölgələrinə xilasedici briqadalar cəlb olunub.

Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildiriblər.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğanın 2005-ci il açıqlaması gündəmdə: ABŞ-ın isə eyni istəyi rədd edilib - DETALLAR AÇILIR

SONRAKI XƏBƏR

Şabranda baş verən ağır yol qəzasının təfərrüatı məlum olub