Müəllimi döydüyü deyilən direktor danışdı: Əgər vurulubsa... - VİDEO

Müəllimi döydüyü deyilən direktor danışdı: Əgər vurulubsa... - VİDEO<span class="qirmizi"></span>

Goranboyda direktor müəlliməni döyüb. Bu iddia ilə rayonun Kələk kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi Fatma Musayeva çıxış edib.

BAKU.WS xəbər verir ki, Fatma Musayevanın iddialarına görə bu gün səhər saatlarında direktor Cahangir Əliabbasov onu öz otağında vurub. Üz nahiyəsindən aldığı zərbədən sora müəllimə yerə yıxılıb. İddiaya görə xoşagəlməz hadisəyə səbəb müəllimənin direktordan dərs saatını tələb etməsi olub.

Məktəbin direktoru Cahangir Əliabbasov deyilənlərə münasibət bildirib. O Fatma Musayevanı vurmadığını, əksinə qadının onu təhqir etdiyini iddia edib: "Əgər o vurulubsa, getsin həkimə müraciət etsin. O mənim müəllimim və kollektivimin üzvüdür, ona əl qaldırmamışam".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ''Xəzər Xəbərə bildirilib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

''Əməkdaşlar hadisə yerində olublar. Tərəflərin izahatları alınıb. Araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək"-deyə idarədən bildirilib.

 

Mənbə: baku.ws