Çinin keçmiş ədliyyə naziri rüşvət aldığı üçün edam ediləcək

Çinin keçmiş ədliyyə naziri rüşvət aldığı üçün edam ediləcək<span class="qirmizi"></span>

7NEWS.az xəbər verir ki, Çində korrupsiya araşdırmalarına rəhbərlik edən keçmiş ədliyyə naziri Fu Zhenghua rüşvət aldığı üçün ölüm cəzasına məhkum edilib. Keçmiş nazir Fu-nun cəzasının icrası iki il müddətinə təxirə salınıb, eyni zamanda ömürlük həbs cəzası tətbiq edilib.

Dövlət televiziyası CCTV bildirib ki, Fu 2005-21-ci illərdə yüksək vəzifələrdə çalışarkən qardaşı da daxil olmaqla cinayətkarların qanunsuz fəaliyyətini gizlətməyə kömək etməkdə ittiham olunur.

Mənbə: icmal.az