İran dövlət televiziyası aksiyalarda ölənlərin sayını açıqladı

İran dövlət televiziyası aksiyalarda ölənlərin sayını açıqladı<span class="qirmizi"></span>


İranda aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, aksiyalarda həmçinin 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb.
Qeyd edək ki, İranın 80-dən çox şəhərində Məhsa Əmininin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyaları keçirilir.
 

Mənbə: www.yeniavaz.com