Gürcüstanda avtobus qəzaya uğradı: yaralılar var

Gürcüstanın Acarıstan bölgəsində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, nəticədə iki xarici turist hadisə yerində həyatını itirib, 10-a yaxın insan yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Batumi klinikalarına aparılıb.

Qəza Keda bələdiyyəsinin Maxuntseti kəndi yaxınlığında baş verib. Sürətlə hərəkət edən mikroavtobusla iri tutumlu avtobus toqquşub.

Yerli sakinlərin sözlərinə görə, daha bir neçə nəfərə yerindəcə tibbi yardım göstərilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana hücum hazırlayırlar - Paşinyan bütün SİRRİ AÇDI: Bu dövlətlərlə ...

SONRAKI XƏBƏR

Çinin keçmiş ədliyyə naziri rüşvət aldığı üçün edam ediləcək