Lənkəranda 16 yaşlı qız itkin düşüb

Lənkəranda 16 yaşlı qız itkin düşüb.

''Report''un Cənub Mərkəzinin verdiyi xəbərə görə, itkin düşən şəxs rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü kənd sakini Şahnaz Elşad qızı Hüseynovadır.

Yoldaşlarının dediyinə görə, o bu gün saat 12.30-da məktəbdən çıxıb. Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qərb fırtınasına qərq olub qəribələşən qəribə qıza məktub

SONRAKI XƏBƏR

Rusiya bu şəxsləri də xarici agent siyahısına daxil etdi