Avropada yeni COVID-19 dalğası – Yoluxma sürətlə artır

Avropada yeni COVID-19 dalğası – Yoluxma sürətlə artır<span class="qirmizi"></span>


Havanın daha soyuq və rütubətli olduğu Şimali Avropa ölkələrində COVID-19-a yoluxma və xəstəxanaya yerləşdirilənlərin sayı artmaqdadır.
Yeniavaz.com Politico-ya istinadən xəbər verir ki, Belçika, Böyük Britaniya və Danimarkada həyəcanverici vəziyyət yaranıb.
Belçika Səhiyyə İdarəsi oktyabrın ortalarında bölgədə yeni COVID-19 dalğasının gözlənildiyini bildirib.
Son bir həftə ərzində bu ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 17%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 4% artıb.
Danimarkada da uzun müddət davam edən azalmadan sonra artım qeydə alınıb. Orada son bir həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 6% artıb.
Eyni zamanda, Böyük Britaniyada həftə ərzində yeni yoluxma hallarının sayı 13%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 17% artıb.
 

Mənbə: www.yeniavaz.com