Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən qırğızların sayı 62-yə çatıb

Tacikistanla sərhəd münaqişəsi zamanı Qırğızıstandan ölən sakinlərin sayı 62 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilir ki, zərərçəkənlər arasında - 171 kişi və 19 qadın var. Bundan başqa, 13-ü uşaq olmaqla ümumilikdə 198 vətəndaş xəsarət alıb.

Xatırladaq ki, sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli hissəsində növbəti silahlı toqquşma baş verib. Bişkek və Düşənbə təxribatlarda bir-birlərini ittiham edirlər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İran od içində: heykəllər, Bəsicin ofisləri yandırıldı, qətllər, güllələnmələr… - VİDEO

SONRAKI XƏBƏR

Ermənilər Nyu-Yorkda Paşinyanı etirazla qarşıladı: “Nikol, satqın”