Qubada iki nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb

Qubada iki nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb<span class="qirmizi"></span>

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az