Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürüb

Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürüb<span class="qirmizi"></span>

Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Üçgün kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.

M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: www.musavat.com