Marafonçu finişə çatdıqdan sonra öldü

Marafonçu finişə çatdıqdan sonra öldü<span class="qirmizi"></span>

Alma-Ata marafonunun iştirakçısı Astanadan olan Rustem Sadıkov finişə çatdıqdan sonra dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müvafiq məlumat tədbirin saytında yer alıb.

Qeyd olunur ki, 47 yaşlı kişi 10 kilometr məsafəyə qaçıb və finişə çatandan sonra huşunu itirib. Eyni zamanda, yaxınlarının dediyinə görə, o, belə yarışlarda ilk dəfə iştirak etmirdi.

Marafonun baş həkimi Orazbek Saxov deyib: "İştirakçı Respublika meydanında finiş xəttini çətinliklə keçərək və bir neçə metr yeriyərək dərhal yıxılıb".

İdmançıya tibbi yardım göstərilməyə çalışdığı məlum olub. Reanimasiya 30 dəqiqə davam etsə də, Sadıkovu xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

Milli.Az

Mənbə: news.milli.az