Parisdə dünyanın ən böyük ərzaq bazarı yandı

Parisdə dünyanın ən böyük ərzaq bazarı yandı<span class="qirmizi"></span>

Bu gün Parisin Ranjis bazarında güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Yanğının söndürülməsinə 30 yanğınsöndürmə maşını və 100-dən artıq yanğınsöndürən cəlb olunub.

Paris yanğınsöndürmə Xidmətinin rəhbərinin məlumatına görə, artıq yanğının qarşısı alınıb, tələfat yoxdur.

Yanğının meyvə-tərəvəz anbarında baş verdiyi bildirilib.

Qeyd edək ki, Ranjis bazarı dünyanın ən böyük ərzaq bazarıdır.

Mənbə: axar.az