İranda etirazlar davam edir - 41 nəfər ölüb

İranda etirazlar davam edir - 41 nəfər ölüb<span class="qirmizi"></span>


İranda hicab geyinməməkdə günahlandırılan gənc qadının həbsdə öldürülməsindən sonra bir həftədir davam edən etirazlarda 41 nəfər ölüb.
Yeniavaz.com “Financal Times”a istinadla xəbər verir ki, "qeyri-rəsmi" olduğu deyilən bu rəqəm, hakimiyyət orqanlarının və dövlətə bağlı xəbər agentliklərinin təsdiqlədiyi rəqəmdən daha yüksəkdir. Rəsmi rəqəmlərə görə isə ən azı 16 nəfər iğtişaşlar zamanı ölüb ki, bunlardan doqquzu təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Qeyd edək ki, etirazlar kürd əsilli 22 yaşlı Məhsa Əmininin qadınların İslami geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölməsindən sonra başlayıb və qısa müddətdə ölkənin bütün əyalətlərinə yayılıb.
Bir çox iranlı onun komaya düşməsi vədörd gün sonra xəstəxanada ölməsi ilə bağlı rəsmi açıqlamaya inanmır. Etirazçılar Əminin həbsdə olarkən döyüldüyünü və aldığı xəsarətlərdən öldüyünü iddia edirlər. Səlahiyyətlilər isə bu iddiaları rədd edir.

Mənbə: www.yeniavaz.com