Daşkəsəndə yol qəzası olub, xəsarət alanlar var

Daşkəsən rayonunun Xoşbulaq kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1963-cü il təvəllüdü Gülnaz Mustafayeva, 1976-cI il təvəllüdlü Sahil Məmmədov və 1978-ci il təvəllüdlü Hicran Məmmədova xəsarət alıblar.

Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

SONRAKI XƏBƏR

Həyatın yenidən canlandığı Kiyevi nə gözləyir? - VİDEO