Oğul anasının başını kəsərək eyvandan atıb

İstanbulda oğul anasını amansızlıqla qətlə yetirib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

İlkin məlumata görə, psixoloji problemləri olan Ali Sayan anası Hava Sayanın başını kəsərək eyvandan yerə atıb.

Cinayət törədən şəxs hadisədən sonra evə od vuraraq yandırıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Cinayətdə şübhəli bilinən Ali Sayan yaralı vəziyyətdə saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bir gündə 2,4 min maşın Rusiyadan Finlandiyaya getdi

SONRAKI XƏBƏR

DÇ-2022-dəki uğurlara görə Almaniya futbolçularına veriləcək pul mükafatları AÇIQLANDI