Aksiyada öldürülən qardaşının məzarı üstündə saçını kəsdi - VİDEO

Aksiyada öldürülən qardaşının məzarı üstündə saçını kəsdi - <span class="qirmizi">VİDEO</span>

Qəzvində güneyli gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

36 yaşlı Cavad Heydərinin atası baş verənlər barədə “oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib” – deyə bildirib.

Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edib.

Qəzvinli gəncin yaxınları da səlahiyyətlilərə xitabən deyiblər: “Necə o dünyada cavab verəcəklər?” Allah lənət eləsin!".

Mənbə: bizim.media