Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb<span class="qirmizi"></span>

Pakistanın cənub-qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki zabit və dörd əsgər ölüb.

“Report” “Jerusalem post”a istinadən xəbər verir ki, məlumatı Paksitan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.

Bildirilib ki, helikopter Pakistanın Bəlucistan əyalətinin Harnai yaxınlığında uçuş edərkən qəzaya uğrayıb.

Hadisənin səbəbi barədə məlumat yayılmayıb.

Mənbə: report.az