Ağstafada mikroavtobus qəzası: yaralılardan 3-nün vəziyyəti ağır, 12-si orta ağırdır - YENİLƏNİB

Ağstafada mikroavtobus qəzası: yaralılardan 3-nün vəziyyəti ağır, 12-si orta ağırdır - <span class="qirmizi">YENİLƏNİB</span>

Ağstafada mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-nin isə durumu orta ağırdır.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. 

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək” - məlumatda bildirilib.

***

Ağstafa rayonunda mikroavtobuslar toqquşub, 20-yə yaxşın şəxs xəsarət alıb.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan mikroavtobusla "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az