Qəbələ RLS-də faciəvi hadisə - Ölən var

Qəbələ RLS-də faciəvi hadisə -  <span class="qirmizi"> Ölən var</span>

Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühzafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüsyen oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.

Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: manset.az